Mahir Emreli dubl etdi

İDMAN 18 may 2025, 18:23

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında sonuncu - 34-cü tur oyunun keçirir.

“Qafqazinfo” xəbər verir ki, komanda səfərdə “Ayntraxt Braunşvayq”la qarşılaşır.

O, oyuna start heyətdə başlayan Mahir matçın ilk hissəsində dubl ilə yadda qalıb.

Emreli 10-cu dəqiqədə hesabı açıb, 20-ci dəqiqədə komandasının 2-ci qolunu vurub.

Qeyd edək ki, həmyerlimiz mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun “Nürnberq”də son oyunudur. 

M.Emreli bu matça qədər 2-ci Bundesliqada 23 oyuna 7 qol vurmuşdu. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib.

17:30. “Ayntraxt Braunşvayq” – “Nürnberq” - 0:2 (Birinci hissə)

Qolllar: Mahir Emreli, 10 (1:0), 20, (2:0), Justvan, 31 (0:3)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top