Nabranda yanğın olub

HADİSƏ 18 may 2025, 17:56
Xaçmaz rayonunun Nabran kəndində ümumi sahəsi 12 m² olan vaqonun yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqdakı vaqonun 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Vaqonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top