Hüseyn Həsənov cinayət işindən öncə buna cəhd edib

DÜNYA 18 may 2025, 17:27
Bloger Hüseyn Həsənov ona qarşı cinayət işi qaldırılmazdan əvvəl Moskvadakı mənzilini satmağa cəhd göstərib.

Demokrat.az Oxu.az-a istinadla xəbər verir ki, o, Rusiyanı tərk etdikdən sonra parkinq yeri olan mənzilini ayda 749 min rubla (1600 manata yaxın - red.) icarəyə verib.

Vergi problemləri ilə bağlı xəbərlərdən sonra bloger mənzili 100 milyon rubla (iki milyon manatdan çox - red.) satışa çıxarıb.

H.Həsənov daşınmaz əmlaka alıcı tapa bilməyib, lakin "Rolls-Royce Cullinan" markalı avtomobilini satıb. Blogerin 124 kvadratmetr sahəsi olan üç otaqlı mənzili "Moskva-Siti" ərazisində yerləşir.

Xatırladaq ki, Rusiyada H.Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Blogeri 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 may 2025, 18:23
18 may 2025, 17:56
Top