Sumqayıtda yaşayan bir qrup şəhid ailəsi və Vətən müharibəsi qazisi Şuşa şəhərinə səfər edib.
Demokrat.az xəbər verir ki, səfər iştirakçılarının Şuşaya gəlişi şəhərin tarixi qala divarlarının ziyarəti ilə başlayıb.
Şəhid ailələrinin üzvləri bu məkanın ziyarətini xüsusilə qürurverici və təsirli hesab ediblər. Qala divarlarının tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, işğal dövründə erməni silahlı birləşmələri tərəfindən dağıdılmasına daha çox cəhd edilən obyektlərdən biri də məhz Şuşanın qala divarları olub.
Lakin Azərbaycan dövlətinin dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar qarşısında qaldırdığı prinsipial və ardıcıl tələblər nəticəsində divarların müəyyən hissəsinin qorunmasına nail olunub.
Şəhər işğaldan azad edildikdən sonra isə burada bir sıra tarixi-memarlıq abidələrinin bərpası və konservasiyası istiqamətində mühüm addımlar atılıb.
Səfər çərçivəsində iştirakçılar Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələrinin heykəllərini də ziyarət ediblər. Bildirilib ki, işğal dövründə heykəllərə atəş açılması erməni tərəfinin Azərbaycan xalqına qarşı göstərdiyi nifrətin və düşmən münasibətinin bariz təzahürüdür.
Şuşa şəhərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq işləri də səfər iştirakçılarının diqqət mərkəzində olub. Onlar bu işlərin şəhərin tarixi memarlıq üslubuna uyğun şəkildə aparıldığını və artıq başa çatmış layihələrin yüksək estetik tələblərə cavab verdiyini vurğulayıblar.
Qonaqlar yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilmiş Gövhərağa məscidini də ziyarət ediblər. Səfər zamanı məsciddə namaz qılınıb, dualar oxunub.
Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları səfər çərçivəsində həmçinin Cıdır düzünü ziyarət edərək ətraf ərazilərin füsunkar təbiət mənzərələrini seyr ediblər. Onlar Azərbaycan əsgərinin çıxdığı sıldırım qayalıqlara və 44 günlük Vətən müharibəsi zamanı Zəfərə aparan yol kimi tanınan “Zəfər yolu”nun görünən hissəsinə də baxış keçiriblər. (Report.az)