"Haribo" marmeladlarında narkotik maddə aşkarlandı

SOSİAL 30 may 2025, 09:12
Niderlandda məşhur "Haribo" marmeladlarında narkotik maddə - çətənə aşkar edilib.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə yerli hökumət orqanları məlumat verib.

Hadisə bir neçə nəfərin şirniyyat yedikdən sonra halının pisləşməsi ilə bağlı şikayətlərindən sonra ortaya çıxıb. Yoxlamalar nəticəsində şübhəli partiyada həqiqətən də narkotik tərkibli maddə tapılıb.

"Haribo" şirkəti məsələ ilə bağlı dərhal açıqlama verərək, şübhəli partiyanın satışdan geri çağırılacağını bildirib. Hazırda çətənənin məhsula necə və hansı şəraitdə düşdüyü araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top