Millinin baş məşqçisi istefaya göndərilir

İDMAN 30 may 2025, 08:48
Futzal üzrə milli komandanın baş məşqçisi Vitali Borisov tezliklə istefaya göndəriləcək. 

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, Futzal Federasiyasının rəhbərliyi yığmanın Avropa çempionatının seçmə mərhələsindəki çıxışından razı qalmayıb. 

Belə olan halda bütün günahları baş məşqçidə görən rəhbərlik Borisovla vidalaşmağa hazırlaşır. İstefanın yaxın günlərdə açıqlanacağı gözlənilir. 

Qeyd edək ki, millinin yeni baş məşqçisinin də yerli olacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top