Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları TUTULDU

HADİSƏ 29 may 2025, 17:59
Özünü müstəqil elan edən qondarma “Abxaziya respublikası”nın Qal rayonu ərazisində Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə informasiyanı rejimin “Dövlət Təhlükəsizlik Xidməti yayıb.

Mənbə qeyd edir ki, bu əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsi ilə birgə həyata keçirilib və “dövlət sərhədinin qanunsuz keçilməsi kanalının” aşkarlanması nəticəsində iki qrup saxlanılıb.

Məlumata görə, ilk qrupda Türkiyə vətəndaşları olan iki şəxs olub:

Selçuk Güren, 1997-ci il təvəllüdlü — Türkiyə ərazisində törədilmiş sifarişli qətl hadisəsinə görə İnterpol xətti ilə beynəlxalq axtarışdadır;

Doğan Bərsan, 2001-ci il təvəllüdlü — həmçinin qətl və narkotik vasitələrin yayılması ittihamı ilə axtarılır.

26 may tarixində isə Azərbaycan vətəndaşları saxlanılıb:

Əzizov Həsən Etibar oğlu, 1974-cü il təvəllüdlü;

Tahmazlı Namaz Tahmaz oğlu, 1990-cı il təvəllüdlü.

DTX-nın açıqlamasında bildirilir ki, Azərbaycan vətəndaşları “Gürcüstan ərazisində cinayət məsuliyyətindən yayınmaq üçün Abxaziya ərazisinə keçməyə cəhd göstəriblər.

Türkiyə vətəndaşları ilə bağlı isə onların haraya getmək istədikləri və məqsədləri haqqında məlumat verilməyib.

Faktla bağlı cinayət işi açıb (sərhədi qabaqcadan razılaşdırılmış qrup və ya təşkil olunmuş dəstə halında qanunsuz keçmə).

Onları 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 may 2025, 10:00
Top