"Biz deyə bilmərik ki, qadın sürücü olmasın..." — Tural Abbaslıdan REAKSİYA

GÜNDƏM 29 may 2025, 14:34
"Düşünmürəm ki, ictimai nəqliyyatda sürücünün qadın ya kişi olması fərq etsin. Sərnişin mədəniyyəti, ictimai yerlərdə insanların davranış qaydaları işçilərdən asılı deyil".

Bunu Demokrat.az-a açıqlamasında "Ağ Partiya" sədri Tural Abbaslı deyib. O bildirib ki, bununla bağlı hər bir insan özü məsuliyyətli olmalı, davranışlarına cavabdeh olmalıdır:

"Düzdür, elə hadisələr olur ki, dava düşür. Amma nəzərə alaq ki, bu münaqişələr kişi sürücülərlə qadın sərnişinlər arasında da olurdu.

Əmək Məcəlləsində kişi və qadın ayrı-seçkiliyi yoxdur, biz deyə bilmərik ki, qadın olmasın. Qadın ictimai nəqliyyatda sürücü olmaq istəyirsə, oradan qazanc əldə edəcəksə, lap yaxşı. İnsanlarımız da nəzərə almalıdır ki, bizim milli-mənəvi dəyərlərimizdə qadına xüsusi diqqət var".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top