Bakıda marketin qarşısında 2 nəfəri cərəyan vurub öldürdü — FOTO

HADİSƏ 29 may 2025, 10:50

Mayın 27-si Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

Demokrat.az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi Şəhər şossesindəki marketin qarşısında baş verib.

Belə ki, marketin reklam lövhəsini dəyişdirən Naxçıvan MR sakini 44 yaşlı Ayxan Əsgərov və Gəncə şəhər sakini 24 yaşlı Elvin Zeynalovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Fotoda Ayxan Əsgərov

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top