Bu il tələbələr üçün ayrılan ümumi yerlərin sayı 81 min 400-dür. Bu rəqəmə bakalavr, magistr və doktorantura pillələri daxildir. Əsas məsələ budur ki, bu artım təhsilin keyfiyyətinə necə təsir edəcək? İllərdir şahidik ki, bəzən statistik göstəricilər artır, amma bu, keyfiyyətin artması anlamına gəlmir.
Təəssüf ki, bəzi hallarda təhsilin səviyyəsi aşağı düşür. Bunun da müxtəlif səbəbləri var – infrastruktur, müəllim çatışmazlığı, tədris proqramlarının zəifliyi və s. Tələbələrin sayı artsa da, onların yerləşdirilməsi, keyfiyyətli təhsil alması və uyğun şəraitlə təmin olunması vacibdir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.
“Bəzi universitetlərdə hələ də təmirə ehtiyacı olan binalar var. Bu məsələlərin həlli üçün dövlətin və universitetlərin maliyyə imkanları nəzərə alınmalıdır. Dövlətin qərarları və ayırdığı vəsaitlərlə bu problemlərin həlli mümkündür.
Eyni zamanda, yeni təhsil islahatları da təklif oluna bilər. Hesab edirəm ki, universitetlər bu dəyişikliklərə uyğun qərarlar verməli, həm hüquqi, həm də sosial baxımdan tələbələrin ehtiyaclarını qarşılaya biləcək addımlar atılmalıdır”.
Ekspert əlavə edib ki, məqsəd yalnız təhsil vermək deyil, eyni zamanda tələbələrin rifahını da təmin etməkdir:
“Tələbə həm təhsil almalı, həm də insani şəraitdə yaşamalıdır. Düşünürəm ki, bu sahədə sistemli və ardıcıl tədbirlər görülməlidir. Nəhayət, əsas məsələ budur: ayrılan yerlərin sayının artması təhsilin keyfiyyətini necə dəyişəcək? Mən hesab edirəm ki, bu məsələyə ciddi yanaşılarsa, nəticə müsbət ola bilər. Əks halda, bu artım keyfiyyət deyil, yalnız statistik göstərici kimi qalacaq”.
Əfsanə Kamal
Demokrat.az