QDF işğaldan azad edilmiş ərazilərin bərpası üçün ianələrin cəlb edilməsi məqsədi ilə donor və tərəfdaşları ilə görüş təşkil edib — FOTOLAR

SİYASƏT 27 may 2025, 11:21
Mayın 26-da Qarabağ Dirçəliş Fondunun (QDF) və “Opalus Partners Group” şirkətinin birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərilməsi məqsədilə “Məqsəd, Etimad və Vəhdət: Qarabağın dirçəlişi üçün korporativ liderliyin səfərbər edilməsi” mövzusunda görüş keçirilib. “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində baş tutan tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar Nuri, “Opalus Partners Group” şirkətinin direktoru Çimnaz Qasımova, eləcə də Fondun donor və tərəfdaşları, bir sıra dövlət qurumlarının və şirkətlərin nümayəndələri iştirak ediblər. 

Görüşün məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, o cümlədən Fondun fəaliyyəti və həyata keçirdiyi layihələrlə bağlı məlumatların təqdim 
olunması, eləcə də qurumların/şirkətlərin əməkdaşları arasında ianəçilik mədəniyyətinin təşviq olunması istiqamətində fikir və təcrübə mübadiləsinin aparılması olub. 

Tədbirdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad 
edilmiş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinin sürətlə davam etdirildiyini bildirərək, Fondun bu istiqamətdə həyata keçirdiyi layihələrdən danışıb.  

İdarə Heyətinin sədri QDF-in fəaliyyətinin prioritet istiqamətləri, eləcə də Fondun bu günə qədəki maliyyə göstəricilərini diqqətə çatdırıb. 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov işğaldan azad edilmiş ərazilərdə təhsil sisteminin yenidən qurulması və ixtisaslı kadrların hazırlanması istiqamətində Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığın perspektivləri ilə bağlı fikirlərini bölüşüb. 

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar Nuri Azərbaycanda ianə mədəniyyətindən və işğaldan azad edilmiş ərazilərin bərpasında ianəçiliyin rolundan danışıb. Qarabağ Dirçəliş Fondunun bir sıra layihələrində donor və tərəfdaş kimi iştirak etdiklərini deyən İlqar Nuri digər şirkətləri QDF-lə yaxından əməkdaşlıq etməyə və bununla da Qarabağın bərpasına və dirçəldilməsinə töhfə verməyə çağırıb. 

Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə Fond tərəfindən maliyyə dəstəyi ayrılan və icra olunan layihələrlə bağlı geniş təqdimatla çıxış edib.  

Daha sonra Fondun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova Fondun fandreyzinq layihələri və ianə imkanları ilə bağlı məlumat verib (İanə üsulları ilə ətraflı 
burada tanış ola bilərsiniz: https://qdf.gov.az/iane-imkanlari/).









 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 may 2025, 00:03
Top