Meyxanaçı Ağamirzə Rəşad Dağlı barədə danışdı — VİDEO

GÜNDƏM 26 may 2025, 23:58

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı meyxana ustası Ağamirzə Məmmədov olub.

Verilişdə Rəşad Dağlının çox ədəbli biri olduğunu söyləyən meyxana ustası onunla bağlı xatirələrini bölüşüb:

"Rəşadı yaxşı tanıyıram. Həmişə hörmətcil biri olub. Məclislərdə heç vaxt məndən öncə mikrofonu əlinə almayıb. Hətta bir dəfə arxamca gələrək belə demişdi:

"Sən birinci hamını salamlamalı, qafiyə tutmalısan, sonra da biz meyxana deməliyik". Ağamirzə Məmmədov qəzəlxan Məşədibabadan bəhs edərkən isə "o, çox "təhlükəli" meyxanaçı idi. Heç kimdən çəkinmirdi" deyib.

O həmçinin meyxananın əvvəlki və hazırkı dövrü arasındakı fərqlərdən, övladlarından və onlara verdiyi tərbiyədən danışıb.

Ətraflı süjetdə:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top