Temperaturun yüksəlməsi ilə əlaqədar olaraq artıq son 2-3 gündə avtobuslarda sərnişinlər sürücülərdən kondisionerin yandırılmasını tələb etməyə başlayıb. Bu, bəzi hallarda sürücü və sərnişinlər arasında mübahisələrə də səbəb olur.
Bəs bu mövsüm kondisionerlər hansı tarixdən etibarən işləyəcək?
Bununla bağlı Demokrat.az-ın sorğusuna cavab olaraq “BakuBus MMC”dən bildirilib ki, şirkətin istismarında olan bütün avtobuslarda keyfiyyətli ictimai nəqliyyat xidmətinin təmin olunması məqsədilə iyun ayının 15-dən etibarən kondisioner sistemləri aktivləşdiriləcək:
“Hava şəraitinə uyğun olaraq, əgər temperatur normadan artıq dərəcədə yüksələrsə, sərnişin rahatlığını təmin etmək məqsədilə kondisionerlərin istifadəsi qrafikdən daha tez tarixdə də başlana bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az