Bu ilin I rübündə də Azərbaycan əhalisinin borclanma səviyyəsində artım dinamikası davam edib. Sənədə əsasən, yanvar-mart aylarında respondent bankların 85 %-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 15 %-i isə orta dərəcədə artım olduğunu bildirib. Nəticədə rüb üzrə diffuziya indeksi 8 % təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım dinamikasının davam etdiyini göstərir.
Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Demokrat.az-a açıqlama verib.
O deyib ki, son dövrlərdə ölkədə kredit portfelində ciddi artımlar müşahidə olunmaqdadır:
“Bu artımlar həm istehlak kreditləri, həm də real sektorun kreditləşməsi üzrə özünü göstərir. Rəsmi göstəricilərə əsasən, artıq 3 milyondan çox vətəndaş istehlak krediti istifadəçisidir və istehlak kreditlərinin həcmi 8 milyard manatdan artıqdır. Bu, əhalinin banklardan daha çox kredit götürməyə meylli olduğunu və alıcılıq qabiliyyətinin kreditlə dəstəkləndiyini göstərir. Əhali arasında istehlak vərdişlərinin dəyişməsi, daha çox məhsul və xidmətlərə tələbin formalaşması, bank kreditlərinə olan ehtiyacı artırır. Sahibkarlıq fəaliyyəti və bizneslərin genişlənməsi üçün maliyyə vəsaitinə ehtiyac var. Bu da kommersiya kreditlərinə olan tələbatı artırır”.
Deputat əlavə edib ki, banklar tərəfindən kredit şərtlərinin yumşaldılması, faizlərin nisbətən sabit qalması və risklərin idarə olunması nəticəsində kreditləşmə genişlənir:
“Yalnız kreditlər deyil, depozit portfeli üzrə də artım müşahidə olunur. Bu isə onu göstərir ki, əhali və sahibkarlar həm də əmanətlərini banklara yerləşdirməyə daha çox maraq göstərir. Bu da bankların likvidliyini artırır və kredit vermə imkanlarını genişləndirir. Cari dinamika onu deməyə əsas verir ki, növbəti aylarda da kredit portfelində artım davam edəcək. Bu artım həm istehlak kreditləri, həm də real sektorun maliyyələşməsi üzrə özünü göstərəcək. Eyni zamanda, bu proses maliyyə sektorunun iqtisadiyyata dəstəyinin gücləndiyini və vətəndaş-bank münasibətlərində inamın artdığını göstərir”.
Leyla Turan
Demokrat.az