Salyanda avtomobil 2 nəfəri vurub

HADİSƏ 04 sentyabr 2025, 09:19
Salyanda sərxoş sürücü mağazanın qarşısında dayanan iki nəfəri vurub.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Qaraçala kəndi ərazisində baş verib. "Mercedes" markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü mağazanın qarşısında dayanan Qaraçala kənd sakinləri, 1991-ci il təvəllüdlü İmanov Fərid Əvəz oğlunu və 1992-ci il təvəllüdlü Kazımzadə Anar Elxan oğlunu vurub.

Nəticədə hər iki piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 09:56
04 sentyabr 2025, 09:40
Top