Müəllimi tərəfindən məhkəməyə verilən direktor yüksək vəzifəyə təyin edildi

SOSİAL 21 may 2025, 15:26
Bakı şəhəri üzrə Təhsil İdarəsinin ən vacib strukturlarından olan Ümumi təhsil sektorunun müdiri vəzifəsinə yeni təyinat olub.

Demokrat.az Editor.az-a istinadən xəbər verir ki, sektora Bakı şəhəri 2 saylı Texniki humanitar liseyin direktoru Turanə Məcidli müdir gətirilib. T.Məcidlinin adı artıq məktəbin rəsmi saytındakı rəhbərlik hissəsindən də götürülüb.

Qeyd edək ki, T.Məcidli medianın gündəminə rəhbərlik etdiyi məktəbin tarix müəllimi tərəfindən məhkəməyə verilməsi ilə gəlmişdi.

Demokrat.az xatırladır ki,  qeyd olunan sektorun müdiri postu təxminən 2 ildir ki, boş qalmışdı. Sektorun keçmiş müdiri Fuad Babayev barəsində mətbuatda mütəmadi dərc olunan ağır ittihamlardan sonra işdən azad olunmuşdu.



F.Babayev mətbuatda zamankı deputat Etibar Əliyev tərəfindən korrupsiya hesabına geniş biznes şəbəkəsi qurmaqda, yaxın ətrafına aid problemli şəxsləri direktor vəzifəsinə təyin etdirməkdə və bir sıra digər qanunsuz əməllərdə ittiham olunurdu.

Bakı şəhəri üzrə Təhsil İdarəsindəki vəzifəsindən azad olunduqdan sonra F.Babayev bir sıra orta məktəblərdə direktor kimi çalışıb. Hazırda isə BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə rəhbərlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 21:57
21 may 2025, 19:53
Top