Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 632,7 min nəfər olub. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 0,9 faiz azdır. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,9 faiz, Gürcüstana gedənlərin sayı 20,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,3 faiz, Rusiyaya gedənlərin sayı isə 26,4 faiz azalıb. Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb, İrana isə artıb.
Demokrat.az-a turizm eksperti Əziz Şiriyev deyib ki, bu bir neçə əsas səbəbə dayanır:
“Azərbaycanlı turistlərin Türkiyəyə səfərlərində azalma, İrana isə marağın artması müxtəlif iqtisadi və sosial amillərlə bağlıdır. Turistlərin cəlb olunması ölkə iqtisadiyyatına kapital axını deməkdir və bu, çox müsbət təsir göstərir. Türkiyəyə turistlərin az getməsinin səbəblərindən biri qiymətlərin yüksək olmasıdır. Hazırda İstanbulda aktiv istirahət, Antalya, Bodrum, Kuşadası, İzmir kimi yerlərdə isə pasiv istirahət üçün qiymətlər fantastik dərəcədə yüksəkdir. Bu səbəbdən insanlar daha münasib qiymətli yerlərə getmək istəyirlər. İrana gəlincə, insanların əksəriyyəti oraya müalicə və ya dini məqsədlərlə gedir. İranda çox gözəl gəzməli, görməli yerlər var”.
Ekspert əlavə edib ki, vətəndaşlarımızın əksəriyyəti oraya müalicə və ya dini ziyarət üçün gedir:
“Məsələn, Məşhəd ziyarəti, Qum şəhəri ziyarəti və s. Bu səbəbdən həmin dövrlərdə İrana daha çox insanın getməsi müşahidə olunur. Türkiyəyə baxdıqda isə turistlərin azalmasının səbəblərindən biri qiymətlərin həddindən artıq yüksək olmasıdır. Düşünürəm ki, bir müddətdən sonra bu vəziyyət qaydasına düşəcək. Çünki valyuta məzənnəsi sabitləşməlidir ki, qiymətlər stabilləşsin. Azərbaycanlı turistlərin səfər istiqamətlərindəki dəyişikliklər əsasən iqtisadi amillərlə bağlıdır. Türkiyədəki qiymət artımı və valyuta kurslarının təsiri, İrana olan marağın artmasına səbəb olub. Bununla yanaşı, alternativ istiqamətlərə olan maraq da artmaqdadır”.
Leyla Turan
Demokrat.az