Elgün olmasa da, gözlədiyi mesaj gəldi... — FOTOLAR

GÜNDƏM 17 may 2025, 09:10

Gəncədə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi açıqlanıb.

Demokrat.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, mərhum Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.

K. Əsədov qeyd edib ki, dünən bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən SMS-bildiriş göndərilib:

“İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85.0 bal toplamısınız”.

Eyni zamanda, Elgün martın 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında 204 bal (300 baldan) toplayıb.

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top