
"Nənəm mənə adının verilməsini istəməyib. Qorxub, özünü sevən qadın olub. Ağıryana, xanım-xatun qadın idi. Türklərin serialında aşiret qadınları olur, onlar kimi idi".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə verilişində deyib. Aparıcı nənəsindən danışaraq, ondan qalan zinət əşyalarını sadalayıb:
"Sinəsində mirvari gəzdirirdi. Yaşlanandan sonra mirvari və üzüyü mənə qaldı. Yaşlı olanda deyirdi "Visi, adını dəyiş, Gülsümxanım yazdır". Öz adı Gülsümxanım idi. Anam da dedi ki, uşaq olanda qoymadın, indi o, öz adı ilə tanınır".