Tələbə professorun “ChatGPT”dən istifadə etdiyini biləndən sonra təhsil haqqının geri qaytarılmasını tələb edib.
Demokrat.az xəbər verir ki, ABŞ-nin Şimal-Şərqi Universitetində təhsil alan Ella Stapleton, biznes kursu professorunun mühazirə materiallarını hazırlamaq üçün gizli şəkildə “ChatGPT”dən istifadə etdiyini aşkar edib.
Keyfiyyətli mühazirələr əvəzinə süni intellekt tərəfindən yaradılan materiallarla təmin olunduğundan məyus olan tələbə professoru şikayət edib.
Amerikalı qız təhsil haqqı olan 8 min dolların geri qaytarılmasını tələb edib.
Bir sıra daxili görüşlərdən sonra universitet Stapletonun iddiasını rədd edib. Kurs professoru etiraf edib ki, o, mühazirələr yaratmaq üçün “ChatGPT”, “Perplexity” və “Gamma” kimi vasitələrdən istifadə edib.
Əfsanə Kamal
Demokrat.az