Xalq artisti: "Məni övladlığa vermişdilər, ata-anamdan doğmalıq görmədim"

ŞOU-BİZNES 16 may 2025, 15:50
Xalq artisti Mələkxanım Əyyubova etirafı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, ilk dəfə ailə sirrini bölüşüb. 

Belə ki, xanəndə uşaq vaxtı ailəsinin onu övladlığa verdiyini bildirib.

"Ailəmizdə bibimi çox istəyirdilər. Onun övladı olmurdu. Böyük bacımı və qardaşlarımı övlad kimi ona vermişdilər. Ancaq böyük olduqları üçün gedib qalmayıblar. Öz ailələrini tanıyırdılar. Bibim məni çox əzizləmişdi, o qədər sevgi vermişdi ki, öz ailəm barədə deyilənlərə qulaq asmadım. Ona ana kimi öyrəşmişdim. Ata-anamdan incik idim. Uşaq vaxtı biruzə verməsəm də, onlardan övlad doğmalığını görə bilmədim. Bibim buna icazə verməyib. Onlara bağanacağımdan, geri qayıtmağımdan qorxurdu.

Şəhərdə böyümüşəm, burada oxumuşam. Valideynlərimi az görürdüm. İstər-istəməz soyuqluq yarandı. Öz ailənlə yaşamaq, qardaş-bacınla böyümək ayrı doğmalıqdır. Onları dayı, onların uşaqları kimi bilmək başqadır. 7 uşaqlı ailədə doğulub, tək böyümək əskiklik hissi yaradır, pis hissdir".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top