Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapılıb

GÜNDƏM 15 may 2025, 21:54

Bakıda 7 aydır itkin kimi axtarılan şəxs tapılıb.

APA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, itkin kimi axtarılan 28 yaşlı Qurbanlı Kənan Vaqif oğlu Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.

Qeyd edək ki, ötən ilin oktyabrında itkin düşən K. Qurbanlının dənizdə batdığı ehtimal olunurdu.

Onun indiyədək harada olduğu hələlik açıqlanmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top