Abituriyentlərin nəzərinə: "Balların artmasına təsir edən ən başlıca amil..."

GÜNDƏM 15 may 2025, 16:20
Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən 10 min nəfərdən çox olmasıdır. Yəni, abituriyent sayı nə qədər çox olursa, keçid balı bir o qədər artır.

Təhsil eksperti Cahid İmanlı Demokrat.az-a açıqlamasında deyib ki, abituriyentlərin sayının çox olması keçid ballarının artmasına təsir edən amillərdən biri kimi qiymətləndirilsə də başlıca amil hesab olunmur:

“Nümunə kimi qeyd edim ki, bu il buraxılış imtahanı verən şagirdlərin də sayı keçən ilə nisbətən çox olmuşdu, amma bu ilki nəticələr keçən ilə nisbətən daha zəif oldu. Balların artmasına təsir edən ən başlıca amil sualların çətin və ya asan olmasıdır. Suallar çətin olarsa keçid balları aşağı düşür və əksinə asan olarsa ballar qalxır. Digər tərəfdən hər il ali təhsilə ayrılan plan yerlərinin də sayı artır. Buna görə də balların kəskin qalxacağı haqda səslənən fikirlər abituriyentləri qorxutmasın. Abituriyentlərin say çoxluğu hansısa qrupda balların qalxıb-enməsinə daha çox təsir edir. Məsələn bu il keçən ilə nisbətən 2-ci və 3-cü qruplara sənəd verən abituriyentlər daha çox üstünlük təşkil edir, deməli bal artımı bu qruplarda daha çox müşahidə edilə bilər. Amma balların qalxıb enməsi haqqında son proqnozları blok imtahanının nəticələrinin elan edilməsindən sonra dəqiq müəyyən etmək olar”.

Leyla Turan
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top