Azərbaycanda taksidən istifadə edənlərin sayı niyə azalıb? — AÇIQLANDI

GÜNDƏM 14 may 2025, 13:11
Azərbaycanda taksidən istifadə edənlərin sayı azalıb. 

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycanda 90 milyon 828,9 min sərnişin taksidən istifadə edib.

Bu, 2023-cü illə müqayisədə 3,5 faiz azdır. 2023-cü ildə 94 milyon 123,2 min nəfər sərnişin taksidən istifadə etmişdi.

Sərnişinlərin 56,9 faizi (51 milyon 679,9 min nəfər) fiziki şəxslərə məxsus taksilərdən istifadə edib ki, onların da sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azdır.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ictimai nəqliyyat sistemində ciddi irəliləyişlər müşahidə olunur:

“Avtobusların sayı və keyfiyyəti artıb, xüsusi zolaqlar sayəsində hərəkət sürəti yüksəlib. Buna görə də taksilərə tələbat azalıb. Metroda intervallar azaldılır, yeni stansiyalar, tunellər inşa olunur və vaqonlar gətirilir. Nəqliyyat növləri arasında inteqrasiyanı təmin edən sistemlər yaradılıb. Bu tədbirlər vətəndaşların rahatlığını artırmaqla yanaşı, davamlı və ekoloji nəqliyyat sisteminə keçidi dəstəkləyir. Bu dəyişikliklər vətəndaşların gündəlik həyatına müsbət təsir göstərməkdədir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top