Süni intellekt pişiklərin dilini başa düşməyə imkan verəcək

MARAQLI 10 may 2025, 08:44
Süni intellekt insanlara pişikləri anlamağa kömək edəcək.

Bu barədə Oxu.Az "South China Morning Post" nəşrinə istinadla xəbər verir.

Çinin "Baidu" şirkətinin təqdim etdiyi patentin reallaşdırılması halında pişiklərin dilini insan dilinə çevirmək mümkün olacaq.

Yeni texnologiya heyvanın səsini, davranışını, bədən dilini və biosiqnallarını təhlil edəcək.

Sonra bu məlumatlar süni intellekt tərəfindən işlənəcək. Bunun əsasında pişiyin emosional vəziyyəti müəyyənləşdirilərək insan dilinə çevriləcək.

Beləliklə heyvanı başa düşmək, eləcə də onun səhhətini izləmək mümkün olacaq.

Sözügedən texnologiyanın yaradılması prosesi beş ilə qədər çəkə bilər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top