Azərbaycan liderinin Moskva səfərini ləğv etməsinə təsir göstərən bəzi amillər bəlli olub.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmətə, proqnozlaşdırıla bilən və adekvat münasibətlərə əsaslanan siyasətin tərəfdarıdır:
“Bu prinsip, xüsusilə qonşu ölkələrlə münasibətlərdə öz əksini tapır. Necə ki, qonşu ölkələrin vətəndaşları Azərbaycanda özlərini dost mühitdə sərbəst hiss edirlərsə, Azərbaycan vətəndaşları və rəsmi nümayəndələri də eyni şəraiti digər ölkələrdə görmək haqqına malikdirlər. Dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və adekvatlıq əsas şərtdir. Təəssüf ki, son aylarda Rusiya-Azərbaycan münasibətlərində bu balansın pozulduğunu müşahidə edirik. Xüsusilə ötən ilin sonunda Rusiya hava məkanında Azərbaycan təyyarəsinin vurulması və bu hadisə ilə bağlı hələ də məntiqli bir izahatın verilməməsi münasibətlərdə ciddi suallar doğurur. Hadisənin ört-basdır edilməsi cəhdləri isə ikitərəfli etimad mühitinə mənfi təsir göstərir”.
Deputat əlavə edib ki, Azərbaycan 2020-ci ildə baş vermiş Rusiya helikopteri qəzası zamanı məsuliyyətli və adekvat mövqe sərgiləmişdi:
“Bu baxımdan, ölkəmiz Rusiyadan da eyni yanaşmanı gözləyirdi. Eyni zamanda, Bakıda fəaliyyət göstərən, lakin təyinatına uyğun olmayan tədbirlər həyata keçirən Rus Mədəniyyət Mərkəzi – “Rus Evi”nin bağlanması zərurəti yaranmışdır. Bundan əlavə, informasiya müstəvisində – sosial şəbəkələr və digər platformalarda Azərbaycana qarşı yönəlmiş təxribatlar da narahatlıq doğurur. Bu cür "yumşaq güc" müdaxilələri də real fiziki müdaxilələr qədər təhlükəlidir və nəticə etibarilə dövlətlərarası münasibətlərə təsir edir. Belə şəraitdə Azərbaycan Prezidenti tərəfindən Rusiya səfərinin baş tutmaması tamamilə başa düşülən və ölkəmizin nüfuzuna uyğun bir qərar kimi qiymətləndirilə bilər. Ən vacibi, bu münasibətlərin əvvəlki sağlam məcraya qaytarılması üçün hər iki tərəfdən siyasi iradə və qarşılıqlı hörmət tələb olunur”.
Leyla Turan
Demokrat.az