Türkiyəli nazir Kahramanmaraşda inşa edilən “Azərbaycan Məhəlləsi"nin görüntülərini paylaşıb — VİDEO

XARİCİ SİYASƏT 08 may 2025, 14:22
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Kahramanmaraşda inşa edilən “Azərbaycan Məhəlləsi"nin görüntülərini paylaşıb.

Demokrat.az xəbər verir ki, o, bu paylaşımı “X” sosial şəbəkəsində edib.

Qeyd edək ki, 2023-cü ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində yeni yaşayış məhəlləsinin tikintisinə dəstək verib. Türkiyə hökumətinin dəstəyi ilə layihə ərazisi “Azərbaycan Məhəlləsi” adlandırılıb.

“Qardaşlığımızın simvolunu Kahramanmaraşın ürəyində yenidən ayağa qaldırdıq! Azərbaycan Bulvarı”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2025, 17:11
Top