Azərbaycandakı sənaye parkları "yaşıl enerji" ilə təchiz ediləcək

DAXİLİ SİYASƏT 07 may 2025, 15:50
Prezident İlham Əliyev sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ("yaşıl enerji") ilə təchizatına dair əlavə tədbirlər haqqında fərman imzalayıb.

Demokrat.az xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti sənaye parklarının elektrik enerjisinə ümumi tələbatına (o cümlədən bərpa olunan enerji mənbələrindən zəmanətli tariflə elektrik enerjisinin istehsalı həyata keçirilən layihələr üzrə) uyğun həcmdə elektrik enerjisinin sənaye parklarının idarəedici təşkilatına ayrılmasının enerji balansında nəzərdə tutulmasını təmin etməki, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. 

Dövlətin yaratdığı sənaye parklarının idarəedici təşkilatı həmin parkların rezidentləri və qeyri-rezidentləri ilə bağlanılacaq müqavilələrə uyğun olaraq və “Elektroenergetika haqqında” qanunun tələbləri nəzərə alınmaqla, onların bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatını təmin etməlidir. 

3. “Azərenerji” və “Azərişıq” ASC-lər sənaye parklarının idarəedici təşkilatı tərəfindən ötürücü və (və ya) paylayıcı şəbəkədən istifadə etməklə elektrik enerjisi təchizatının həyata keçirilməsi üçün zəruri müqavilələrin bağlanılmasını təmin etməlidirlər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 may 2025, 00:21
Top