Pir Həsən ziyarətgahında təmir işlərinə 550 min manat ayrıldı — SƏRƏNCAM

DAXİLİ SİYASƏT 02 may 2025, 16:54
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri həyata keçiriləcək.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bu işlər üçün vəsait ayrılması məqsədilə mayın 2-də Sərəncam imzalayıb.

Sərəncama əsasən, ziyarətgahda təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat vəsait ayrılıb.

Həmin məbləğdə maliyyələşmənin təmin edilməsi Maliyyə Nazirliyinə və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli isə Nazirlər Kabinetinə tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top