Özbəkistan Respublikasının vətəndaşı, 2000-ci il təvəllüdlü Saidkamol Sattorbek oğlu Urinboyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, Özbəkistanda xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.S.Urinboyev bu ilin fevral ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanına təhvil verilib.