“Dedi ki, burada camaatın anası, bacısı var, kənarda iç...”

KRİMİNAL 06 may 2025, 13:47
Tovuz rayonunda 1978-ci il təvəllüdlü Tariyel şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Zöhraba xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 30 iyun 2024-cü ildə Tovuz rayonunun Hunanlar  kəndində baş verib. Tariyel kəndin mərkəzində həmin kənd sakininə məxsus mağazanın yaxınlığında olarkən  həmin vaxt ona yaxınlaşan həmkəndlisi Zöhrabın ona mağazadan siqaret almaq barədə təklifini pulunun olmaması səbəbindən rədd edib. 

Daha sonra aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zörabın hər iki əli ilə onun boyun nahiyəsindən tutaraq fiziki zorakılıq hərəkətləri etməklə, vəfat etmiş həyat yoldaşının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən onun sağlamlığına qəsdən ağır zərər vurmaq qərarına gəlib. 

Bu məqsədlə üzərində saxladığı cib bıçağı ilə Zöhrabın döş qəfəsi nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. 

Hadisəni törədən Tariyelin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tariyel ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyunun 30-da, təxminən saat 22 radələrində yaşadığı Tovuz rayonu, Hunanlar kəndi ərazisində yerləşən marketə gedib və özünə içmək üçün bir ədəd pivə alıb: “Marketdən çıxdım və marketin yaxınlığında olan dəmir qaz borusunun üzərində əyləşdim. Həmin vaxt əlimdə olan bir ədəd pivə qabını  yerə qoyaraq siqaret çəkməyə başladım. Elə bu zaman yanıma həmkəndlim Zöhrab gəldi. Mənə “siqaret də ala  bilərsənmi?” dedi. Həmin vaxt Zöhraba üzərimdə pul olmadığını dedim. Bu zaman Zöhrab hər iki əli ilə boyun nahiyəmdən tutaraq məni yerə yıxmağa çalışdı və  mərhum arvadımın, övladlarımın ünvanına nalayiq ifadələr işlətdi. Mən də həmin vaxt əynimdə olan şalvarımın sol yan cibindəki cib bıçağını çıxardım və Zöhrabın bədən nahiyəsinə tərəf vurdum. Mən də həmin vaxt əlimdəki bıçaqla meyvə doğramışdım. Üzərimdə heç vaxt bıçaq gəzdirməmişəm. Zarafatlaşdığımız zaman Tariyel boğazımdan tutdu, yerə çəkdi. Həmin anda bıçağı çıxardım və bilmədiyim vəziyyətdə bıçağın necə Zöhraba dəyməsini bilməmişəm”. 

Təqsirləndirilən şəxs bildirib ki, Zöhrabı söyüş üstündə vurub: “Mübahisə siqaret almaq üçün pulunun olmamasına görə başlayıb. Aramızda söyüşlə zarafatlarımız olmayıb. Mənim zərəsəkmiş şəxsə borcum olmayıb. Bıçaq meyvə doğramağa görə üstümdə olub. Mağaza evimizdən təxminən 300 metr məsafədə yerləşir. Mən üstümdə adətən bıçaq gəzdirməmişəm. Mən qorxutmaq üçün bıçağı atmışam, sonra bıçağın dəydiyini  görmüşəm. Mən qan görməmişəm. Zöhrab qaçanda “məni vurdun” dediyindən, həmin vaxt bıçağın ona dəydiyini bilmişəm. Bıçağa baxmışam və bıçağın üstündə qan olduğunu görmüşəm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zöhrabın sözlərinə görə, onlar qonşudurlar, əvvəllər münasibətləri yaxşı olub: “Taryel bir az içkili vəziyyətdə küçədə oturmuşdu. Nə mən  Taryelı məcbur etməmişəm, nə də Taryel qəsdən bu hadisəni törətməyib. Axşamüstü olub. Taryel oturaraq pivə içib. Mən də çörək almağa getdim. Tariyel mənə gəl pivə içək, mən də içmirəm camaat gəlib gedir dedim. Taryel “mən oturuşumu duruşumu bilmirəmmi?!”dedim. Mən də sdənə onu demədim ki, bilib-bilmirsən. Bu zaman Tariyel “camaatın anası, bacısı var, pivəni get kənarda iç” dedi. Bu zaman “sən son zamanlar mənə çox ilişirsən” deyərək mübahisə etməyə başladıq. Mübahisə zamanı təqsirləndirilən şəxs üzərimə gəldi, məni əli ilə vurmaq istədi. Mən də Taryelin boyun nahiyyəsindən tutaraq onu geri itələdim. Taryel də müvazinətini itirib yerə yıxıldı. Elə bu zaman Taryel əlindəki bıçaqla döş qəfəsimin sağ nahiyəsinə bir dəfə zərbə endirdi. Az sonra vəziyyətim ağırlaşdı, həmin anda üstümün qan olduğunu gördüm”. 

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tariyel 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top