Məhkəmə Tofiq Yaqublu ilə bağlı QƏRAR VERDİ

KRİMİNAL 06 may 2025, 13:33
Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində anket məlumatları dəqiqləşdirilib, apellyasiya şikayətinin dəlilləri araşdırılıb. 
 
Tofiq Yaqublunun vəkili vəsatətlə çıxış edib. 

O, müvəkkilin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığıan verilməsini istəyib. 

Məhkəmə vəsatəti təmin etməyib. 

Məhkəmə baxışı mayın 23-ə təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il və Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il , Elnur Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.

İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top