Belarusun Baş naziri Ağdama gəlib

XARİCİ SİYASƏT 06 may 2025, 13:55
Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Füzuli rayonundan sonra Ağdama gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər proqramına Ağdam Sənaye Parkı və rayonun Qızıl Kəngərli kəndində icra olunacaq aqroşəhərcik layihəsi ilə tanışlıq daxildir.

Qeyd edək ki, Azərbaycan və Belarus arasında 2024-cü il oktyabrın 3-də imzalanmış sənədlərdə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top