"Təəssüf ki, biz daha vacib məsələləri müzakirə etmək əvəzinə, mənasız məsələləri müzakirə edirik. Dünya süni intellekti, yeni çağırışları müzakirə edir. Qarşımızda daha ciddi məsələlər olduğu halda mənasız məsələlərin müzakirəsinə şahid oluruq".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, bu cür mənasız müzakirələrə son qoymaq lazımdır:
"Azərbaycan dilini qorumaq, hörmət etmək hər birimizin borcudur. Bu gün ortaya atılan imtahan, sertifikasiya məsələləri mənasızdır. Dövlət lazım bilsə, hər birimiz buna hazırıq. Ancaq biz daha qlobal məsələləri müzakirə etməliyik. Dünya kosmosa uçur. Süni intellekti müzakirə edir, biz isə yazıçıların, jurnalistlərin, deputatların dil sertifikasından keçməsini müzakirə edirik. Belə mənasız müzakirələrin olması məni təəssüfləndirir".
Qeyd edək ki, son dövrlərdə dil daşıyıcıları olan müəllim, jurnalist və deputatların Azərbaycan dili sertifikasiyasından keçməsi məsələsi müzakirə edilir.
Əfsanə Kamal
Demokrat.az