"Şəbnəmin hansı "keyfiyyətli" işindən danışırsınız?" — VİDEO

ŞOU-BİZNES 05 may 2025, 16:50
Müğənni Xuraman Şuşalı Şəbnəm Tovuzlunun kliplərini keyfiyyətsiz adlandırıb. 

"Rəngarəng" verilişində olan sənətçiyə aparıcı Zaur Nəbioğlu Şəbnəmin kliplərindən danışıb. Onun tərif dolu sözləri Xuramanı əsəbiləşdirib.

"Zirvə nədir? Toydur, yoxsa orada verilən puldur? Şəbnəmin hansı "möhtəşəm" işindən, proyekt kimi görünən klipindən danışırsan? Reallıqdan danışırıqsa, bəsdirin. Keyfiyyət də başqa bir şeydir. Gündəm başqadır, keyfiyyət başqa" deyə, sənətçi bildirib. 

Xuraman "Nə vaxt bir mahnıya 10 min manat vermisiniz" sualına "Mənim 10 min manatım yoxdur. Yoxumdur gedim mahnı alım. Mən o qədər pul verə bilmərəm. Uzağı 2, 3 min mahnıya pul verərəm" cavabını verib.    (Axşam.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top