Xırdalanda kişi özünə xəsarət yetirdi — Binadan atmaq istədi

HADİSƏ 05 may 2025, 13:13
Ötən gün gecə saatlarında intihara cəhd hadisəsi olub. Belə ki, bir nəfər Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşadığı mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edib.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, bununla bağlı FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub:

"Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1999-cu il təvəllüdlü Aməddin Niyaməddin oğlu Bəşirov özünə xəsarət yetirdikdən sonra altımərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılmaqla xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində o, intihar etmək niyyətindən çəkinib və xilas edilərək aidiyyəti üzrə təhvil verilib".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top