Azərbaycanda məhkəmə sədri özü barəsində qərar qəbul etdi — FOTO

HADİSƏ 05 may 2025, 10:34

Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət edib.

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, o, adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verib.

İşə hakim Əliyeva Gülsüm Kamal qızı baxmalı idi. Lakin o, şikayətçinin məhkəmə sədri olduğunu əsas gətirərək özü-özünə etiraz edib – yəni işə baxmaqdan imtina edib.

Hüquqi prosedura görə, qərara məhkəmə sədri özü baxmalıdır. Gülnar Səfərəliyeva isə bildirib ki, iş özünə aid olduğu üçün qərar verə bilməz.

Beləliklə, Gülnar Səfərəliyeva özü barəsində qərar qəbul edib və həm iş, həm də etiraz Naxçıvan Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top