Yük maşını aşdı, çörəklər yola dağıldı

HADİSƏ 03 may 2025, 14:20
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı yük maşını “İsizu” markalı digər yük maşınına arxadan çırpılıb.

Qəza nəticəsində “İsizu” yoldan çıxaraq aşıb və onun içərisində olan çörəklər yerə dağılıb. “İsizu”nun sürücüsü hadisə nəticəsində xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top