İlon Mask prezident olacaq?

DÜNYA 02 may 2025, 18:03
ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinə (DOGE) nəzarət edən İlon Mask Ağ Evin hazırkı rəhbəri Donald Trampın dördüncü müddətə yenidən seçilməsi ehtimalı barədə danışarkən deyib ki, 2032-ci il ABŞ prezident seçkiləri üçün öncədən düşünmək lazımdır.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Demokrat.az-a açıqlamasında deyib ki, ABŞ-da prezident seçkiləri demokratiya qaydaları çərçivəsində keçirilsə də, həmişə gərgin şəraitdə keçib:

“Praktikada bəzən rəqibləri sıradan çıxarmaq üçün qaydaların pozulduğu görünür. Son seçkidə Trampa qarşı yarışa başladılar, lakin Tramp seçilmək üçün yerinə yetirə bilmədiyi vədlər verdi və İlon Maskın dəstəyini aldı. Əslində İlon Trampdan sonra namizəd göstəriləcəkdi, amma Amerika qanunları buna imkan vermədi. Əslində Tramp prezident olsa da, İlon prezident kimi davranır. Tramp qocalıb və bu prezidentlik müddətini belə başa vura bilməyəcək. Bu prosesdə İlon namizədliyə qarşı yaranmış hüquqi vəziyyəti aradan qaldıra və o prezidentliyə namizəd ola bilər. Məhz buna görə də İlon hər fürsətdə özünü Amerika xalqına tanıtmaq və onların qəlbində yer qazanmaq üçün hər cür səy göstərir”.  

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top