Azərbaycanda uşağın dəmrov xəstəliyini sağaltmaq üçün mollaya dua yazdırıblar. Bununla bağlı görüntüləri həkim-pediatr Afət İbrahimli sosial şəbəkə hesabında paylaşıb. Dua uşağın ayağında dəmrov olan hissəyə əks olunub.
Bununla bağlı ilahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlama verib.
O bildirib ki, bu tipli xəbərlər cəmiyyətin vicdanlı üzvlərini narahat edir:
“Xüsusilə din xadimlərinin mənəviyyatla bağlı belə addımlar atması insanları dərin şəkildə sarsıdır. Bu ölkədə hər bir məmur, xüsusilə dini təmsil edən şəxslər vicdanlı, əxlaqlı və namuslu olma məsuliyyətini daşıyırlar. Əgər bir cəmiyyətdə mənəviyyat çökməyə başlayarsa, orada haqsızlığa göz yumulur, zülm normallaşır, savadsızlıq və cəhalət yayılır. Halbuki İslam dini mənəviyyat dinidir. Mənəviyyat insanın daxili işığı, nurudur. Əgər insanın içindəki nur sönərsə, o zaman həyat da zülmətə çevrilir. Dinə xidmət edən bir şəxs din xadimi yalnız ibadəti təbliğ edən deyil, eyni zamanda könüllərə yol göstərən bir mənəviyyat həkimidir. O, cəmiyyətə işıq saçmalı, insanlara ümid verməlidir. Bəzən insanlar xəstəlik zamanı dua yazdırmaqla sağalacaqlarını düşünürlər. Bu isə açıq şəkildə cəhalətdir. Peyğəmbərimiz (s.a.s) dua etməyi ibadətin beyni kimi təqdim etsə də, o, heç vaxt xəstələrin yalnız dua ilə müalicəsini tövsiyə etməmişdir. Əksinə, o, Mədinəyə həkim dəvət etmişdi. Bu fakt özü göstərir ki, din elmə və tibbi biliklərə hörmətlə yanaşır. Bizlər isə bəzən uşaqlarımızı belə yanlış yollarla mollaların yanına aparırıq. Bu da göstərir ki, maarifləndirmə hələ də tam yetərli deyil”.
İlahiyyatçı əlavə edib ki, valideyn olaraq övladlarımızı doğru istiqamətə yönəltmək borcumuzdur:
“Yanlış qapıları döymək, qeyri-elmə əsaslanan yollarla problemlərimizi həll etməyə çalışmaq yalnız ailə büdcəmizə deyil, cəmiyyətin mənəvi sağlamlığına da zərbə vurur. İnanıram ki, din xadimləri öz missiyalarını daha dərindən dərk edəcək, mənəviyyatın keşiyində durmaq məsuliyyətini anlayacaqlar. Əgər Allaha, axirətə, qiyamətə, haqq-hesaba inanırlarsa, bu zaman haram yollardan uzaq durmalıdırlar. Onlar bu müqəddəs missiyanı daşıdıqlarını unutmamalıdırlar. Bir cəmiyyətin dirəyi yalnız qanun və iqtisadi sistemlə deyil, mənəvi təməl və əxlaqi dəyərlərlə möhkəmlənir. Dinxadimləri insanlara ümid, istiqamət və mənəvi dayaq verməlidir. Əgər bu vəzifə sui-istifadə edilirsə, nəticədə insanlar inamlarını itirir. İslam dini maarifə, elmə və təfəkkürə çağırır. Cəhalətə qarşı mübarizə bu dinin öz mayasında var. Dua güclü mənəvi dayaq ola bilər, amma tibbi problemlərdə mütəxəssisə müraciət etmək bu da bir ibadətdir, çünki sağlamlığı qorumaq Allahın bizə verdiyi əmanətə sahib çıxmaqdır. Unutmayaq, şəfa verən Allahdır. Amma Allah şəfanı həkimlərin vasitəsilə verir. Biz dərmanları və həkimləri vasitə olaraq görürük, əsas şəfa Allahdandır. Buna görə də hər bir xəstəlik zamanı ilk müraciət yerimiz mollalar deyil, peşəkar həkimlər olmalıdır”.
Leyla Turan
Demokrat.az