Sənan Hacıyev: Media məkanında şəxsi həyatın toxunulmazlığı daha ciddi qorunmalıdır

MEDİA 02 may 2025, 11:35
Məhkəmə fəaliyyətinə dair informasiyanın açıqlığı öz növbəsində xüsusi yanaşma tələb edən məsələlər dairəsinə aiddir. Belə ki, bu, istənilən məlumata deyil, vətəndaşların şəxsi həyatına toxumayan, o cümlədən şəxsi və ailə sirri təşkil etməyən məlumatlara əlçatanlığı nəzərdə tutur. Bu baxımdan, fikir və söz azadlığından istifadə edilərkən, digər şəxslərin şərəf və ləyaqətinə, şəxsi həyat toxunulmazlığına qanunsuz müdaxilənin yolverilməz olduğu diqqətdən kənarda qalmamalıdır.

Demokrat.az xəbər verir ki, bunu Ali Məhkəmənin Kollegiya sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev

“İctimai proseslər media müstəvisində” adlı forumda çıxış edərkən deyib.

O qeyd edib ki, cinayət işləri üzrə məlumatların yayımlanması zamanı təqsiləndirilən şəxslərin təqsirsizlik prezumpsiyasının qorunmalı olduğu, habelə hər hansı iş üzrə yanlış ictimai fikrin formalaşdırılmasının hakimə əsassız təzyiqlə nəticələnərək, onun daxili inamına uyğun qanuni qərar qəbul etməsinə mane olacağı nəzərə alınmalıdır

“Media məkanında şəxslərin şərəf və ləyaqətinin müdafiəsi məsələlərinə müəyyən qədər diqqət ayrılsa da, təəssüf ki vətəndaşların şəxsi həyatının toxunulmazlığı, şəxsi və ailə sirri kimi konstitusion hüquqlarının qorunması ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Belə ki, xüsusən televiziya verilişlərində bu hüquqlara qanunazid müdaxilə adət halı alıb. Göstərilənlər nəzərə alınaraq, bu istiqamətdə müvafiq hüquqi tənzimləmənin həyata keçirilməsi məqsədi ilə yaxın zamanda Ali Məhkəmə tərəfindən mühüm qərarların qəbulu nəzərdə tutulub", - deyə S.Hacıyev diqqətə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top