"İran prezidentinin Azərbaycana səfəri mühüm hadisədir. Hər iki ölkə tarixən qonşuluqda yaşayıblar. Bizim tarixi, mədəni, milli, dini bağlılıqlarımız var. İran ən çox soydaşlarımızın yaşadığı dövlətdir. Azərbaycanın müstəqillik dövründə İranla münasibətlər daim ziq-zaq xarakterli olub. Bunun əsas səbəbi İranın Azərbaycana qarşı qeyri konstruktiv davranışları olub".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
"Keçən il hakimiyyətə gələn Məsud Pezeşkian andiçmə mərasimində bütün qonşularla münasibətlərinin normallaşacağı ilə bağlı vədlər verib. Onun Azərbaycana səfəri də məhz bu vədlərlə bağlıdır. Pezeşkian səmimi şəkildə Azərbaycanla münasibətlərin normallaşmasını istəyir. Bunu etməyin mümkün olub-olmayacağı hələlik məlum deyil. Çünki İranda prezident hakimiyyəti əsas güc mərkəzi sayılmır. İranda dövlət siyasətini müəyyən edən başqa qurumlar var. Ali dini lider, və SEPAH əsas güc mərkəzləridir. Onlar arasında bir çoxları Azərbaycanla münasibətlərin normallaşmasına maraqlı deyil.İranın xarici siyasətində Azərbaycanka bağlı müddəalar var. Bu baxımdan Pezeşkianın Azərbaycana səfəri münasibətlərin istiləşməsi üçün yeni mərhələ ola bilər. İranın siyasətində Azərbaycanla bağlı köklü dəyişikliklər etməsi isə yaxın zamanda real görünmür".
Əfsanə Kamal
Demokrat.az