Dövlət Filarmoniyasında yeni layihə — FOTOLAR

MƏDƏNİYYƏT 26 aprel 2025, 15:20
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə "Sözün gücü" layihəsi təqdim olunub. Layihə çərçivəsində Filarmoniyanın Urban Mərkəzində Xalq şairi Səməd Vurğuna həsr olunmuş "Vurğunun qiraət gecəsi" keçirilib.

Demokrat.az
xəbər verir ki, tədbirdə Gəncə şəhər 1 və 4 nömrəli UMM-nin şagirdləri, qiraətçilər İmamverdi Vəliyev, Əsgər Məmmədov, Lalə Həsəncan, Zülfiyyə Yaqub şairin "Dünya", "Şair nə tez qocaldın sən", "Gözlər", "Lalə", "Aygün" poemasından Əmirxanın monoloqu, "Vurğun dünyası",  "Vaqif" dramından Qacarla Vaqifin dialoqu, "Azərbaycan" şeirlərini səsləndiriblər. 

Qeyd edək ki, mütəmadi olaraq layihə çərçivəsində Azərbaycanın görkəmli yazıçı və şairləri yad ediləcək.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top