Yaz mövsümü ilə əlaqədar müşahidə olunan qrip və respirator virus infeksiyaları təbii hal olsa da, təyinat olmadan aparılan müalicə ciddi fəsadlar verə bilər.
Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarət şöbəsinin məsləhətçisi Çinarə Hacıyeva deyib. Buna baxmayaraq insanlar yenə də ev üsulu ilə sağalmağa çalışırlar. İnsanları necə maarifləndirək ki, onlar xəstələnərkən həkimə müraciət etsin?
Mövzu ilə bağlı həkim, terapevt Sübhan Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, bir çox mövsümlərdə olduğu kimi, yaz mövsümündə də müəyyən xəstəliklər baş qaldırır:
“Hər zaman gördüyümüz kimi respirator virus infeksiyalarda ilk sıranı alırlar.Bəzən də insanlarımız bu xəstəlikləri özündə dəqiq simptomlarla təsbit etmədən və yaxud da müəyyən bir simptomları görüb, bilib, qarışdıraraq özbaşına müalicəyə başlayırlar. Bu da fəsadlaşmış, ağırlaşmış durumlarla qarşımıza çıxır. Bir çox infeksion xəstəliklərinin, üst və alt tənəffüs yolları xəstəliklərinin xüsusilə də allergik xəstəliklərdən differensiya olunması, daha da ağırlaşmış və yan təsirli digər xəstəliklərin bərabərində getdikləri zaman daha da diqqətli olmamız lazımdır. Bir insan bir simptomlardan 2-3 gündən çox əziyyət çəkirsə, orqanizmin immun sistemini bununla özbaşına mübarizə apara bilmirsə, həkimə müraciət etməlidirlər. Bir tək bu halda biz insanlarımızı qoruya bilərik, gərəksiz dərman istifadəsindən qarşısını ala bilərik. Xəstəliklərin vaxtında aşkar olunub, vaxtında müalicə olunub, insanların həm iş qabiliyyətinin, həm də həyat fəaliyyətinin tam doğru düzgün nizamda olmasını təmin edə bilərik”.
Leyla Turan
Demokrat.az