"Çin ilə Azərbaycan arasındakı münasibətlər bu gün ən yüksək səviyyədədir. Cənab Prezidentin Çinə səfəri fonunda iki ölkə arasında imzalanan müqavilələr münasibətləri yüksək mərhələyə daxil etmiş olacaq. Nəzərə almalıyıq ki, Çində imzalanan bəyənnamədə Azərbaycanla Çin arasında hərtərəfli əməkdaşlıq adlanan strateji əməkdaşlıq üzrə bəyənnamə vurğusu var".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq bildirib ki, ölkələrarası münasibətdə tarixi məqam gəlib çatıb:
"Azərbaycan vətəndaşları artıq Çinə vizasız səfər edə biləcəklər. Azərbaycan bir daha Çinin vahid ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Xüsusilə, Tayvan məsələsi ətrafında Çinə qarşı basqılar edən qüvvələr qarşısında Azərbaycan cəsarətlə Çini dəstəklədiyini bəyan etdi.
Çin isə bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəyini ən yüksək səviyyədə bildirdi. İki ölkə arasında tarixi məqam təkcə ticari, iqtisadi, siyasi mənada yox, mədəni və elmi mənada da yetişib. Çünki Azərbaycan və Çin kosmik sahədə də ortaq tədqiqatlar etmək qərarına gəldilər".
Əfsanə Kamal
Demokrat.az