Rəsmi Tehranın Bakıya ehtiyacı var — ŞƏRH

GÜNDƏM 22 aprel 2025, 14:47
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri bu həftə planlaşdırılır. Bu barədə İran XİN sözçüsü İsmayıl Bəqai bildirib. “Səfər çərçivəsində İran-Azərbaycan əlaqələrinin genişləndirilməsi fonunda görüşlər nəzərdə tutulub”, - o qeyd edib.

Səfər iki ölkənin münasibətlərinə necə təsir edəcək?

Siyasi şərhçi Kənan Novruzov Demokrat.az-a açıqlamasında bildirib ki, Tehran-Bakı münasibətləri yeni mərhələyə daxil olub:

“Bu, həm özünü iki tərəfli münasibətlərdə, həm də regional münasibətlərdə göstərməkdədir. Bu baxımdan, Pezeşkianın Azərbaycana səfərində də ki çox ciddi mesajlar veriləcək. 

İki tərəfli əlaqələrin inkişafı ilə yanaşı Zəngəzur dəhlizinin açılması müzakirə olunacaq. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, İran-İsrail və İran-ABŞ gərginliyi müzakirə olunacaq. Belə məqamda Tehran Bakı ilə münasibətlərin pisləşməsində maraqlı deyil. 

Ona görə ki İsrail və ABŞ-nin təzyiqləri altındadır. Bakı perspektivdə tərəflər arasında bir vasitətçi ola bilər. Bunun üçün Tehranın Bakıya ehtiyacı var, amma bu da elə-belə olmayacaq. Əgər Azərbaycan hansısa məqamda İranın maraqlarına uyğun addım atacaqsa da, təbii ki, İrandan da oxşar addım gözləyəcək”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 aprel 2025, 16:04
Top