Ermənistanla olan gömrük postu ilə bağlı Dövlət Gömrük Komitəsindən AÇIQLAMA

SİYASƏT 22 aprel 2025, 13:43
Qubadlı rayonu ərazisində yerləşən Eyvazlı gömrük postu hazırda fəaliyyət göstərmir.

Bu barədə Axar.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Gömrük postunun niyə bağlandığı açıqlanmayıb.

Qeyd edək ki, Qubadlı rayonunda yerləşən Eyvazlı gömrük postu 44 günlük müharibədən sonra, 11 sentyabr 2021-ci ildə qurulub. İşğal illərində İrandan Ermənistana gedən yolun bəzi hissələri Azərbaycan ərazisindən keçirdi. 44 günlük müharibədən sonra sərhədlərimizi bərpa edən ordumuz sözügedən yolun Azərbaycan ərazisindən keçən hissəsini nəzarətə götürdü və yolda sərhəd-keçid məntəqəsi quruldu, 11 sentyabr 2021-ci ildən isə Eyvazlı gömrük postu fəaliyyətə başladı.

2022-ci ilin yanvarına qədər Eyvazlı gömrük postundan büdcəyə 2 milyon manata yaxın vəsait daxil olmuşdu.

Daha sonra Ermənistan Azərbaycandan keçən yola alternativ Tatev yolunu istifadəyə verdi. Tatev yolu əlverişsiz, kəskin döngələr və yük maşınlarının hərəkəti üçün münasib olmasa da, İran yük maşınları gömrük rüsumu ödəməmək üçün bu yoldan istifadə edir. Nəticədə hər gün İran yük maşınlarının qəzaya düşdüyü haqda məlumat oxuyuruq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 aprel 2025, 16:04
22 aprel 2025, 14:40
Top