Bakıda oğul atasını döydü

HADİSƏ 22 aprel 2025, 11:20
Bakının Suraxanı rayonunda ata və oğulun arasında baş verən mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə 11 fevral 2024-cü ildə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Yeni Günəşli yaylasında evlərdən birində baş verib. 

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Amin həmin gün saat 19:00-da yaşadığı evdə atası Əvəzlə (adlar şərtidir – red.) aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı sağ əli ilə sol qulaq nahiyyəsinə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Aminin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əvəzin sözlərinə görə, 11 iyul 2024-cü ildə, saat 19:00-da yaşadığı evdə olduğu zaman oğlu Amin ona evdə yeməyə ərzaq olmadığını bildirərək ondan pul tələb edib: 

“Mən isə Aminin 33 yaşının olduğunu, özünü işləyib ailəni dolandırmalı olduğunu bildirdim. Anidən Amin mənim  sol qulaq nahiyəmdən bir dəfə şillə vurdu və mənim əlimdə olan “Samsung” markalı mobil telefonu yerə vuraraq sındırdı. Aramızda baş verən mübahisə təxminən 10-15 dəqiqə davam etdi”. 

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Aminin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 aprel 2025, 16:04
Top