Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək

DÜNYA 20 aprel 2025, 21:47
Ukrayna nümayəndə heyəti gələn həftə Londonda keçiriləcək danışıqlarda iştirak edəcək.

“Report” “UNİAN” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko təsdiqləyib.

İclasda ABŞ və Avropa ölkələrindən olan nümayəndələrin Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edəcəyi gözlənilir.

O xatırladıb ki, aprelin 17-də Parisdə baş tutan görüşdə Ukraynanı Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov təmsil ediblər.

“Qrupumuz iştirak edəcək. Mən heyəti açıqlamayacağam. Lazım gələrsə, tərkibə düzəlişlər ediləcək, lakin Ukrayna bu danışıqlarda mütləq iştirak edəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top