“Bu vaxta kimi döyüşəcəyik” — Netanyahu

DÜNYA 20 aprel 2025, 11:11
İsrail Qəzza zolağında əsir götürülmüş şəxslərin azad edilməsi barədə razılaşmanı rədd edən Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi təzyiqi artırmağı planlaşdırır.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına ünvanladığı çıxışında bildirib.

“İsrail Müdafiə Ordusuna sərt tədbirlər görməyi və HƏMAS-a qarşı təzyiqi daha da artırmağı tapşırdım”, - deyə Netanyahu vurğulayıb.

O, həmçinin İsrailin HƏMAS-ın Qəzza zolağında hakimiyyətdə qalmasına icazə verməyəcəyini əlavə edib.

“Qəzzada HƏMAS-ı məhv edənə, bütün girovlarımızı qaytarana və Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmayacağına əmin olana qədər müharibəni bitirməyəcəyik”, - Baş nazir bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top